Erikin son şansı

30.08.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Almaniyanın “Bayer” klubunda baş məşqçi Erik ten Haqla yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. “Bayer” Bundesliqanın II turunda “Verder”ə məğlub olacağı halda, Eriklə yollar ayrılacaq.

Leverkuzen təmsilçisi mövsümün ilk matçında “Hoffenhaym”a uduzub – 1:2.

Bu gün keçiriləcək “Verder” – “Bayer” oyunu 17:30-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью