Ərim mənə abla deyirdi Pərihan Savaş

24.11.2024

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ərim mənə "abla" deyirdi"- Pərihan Savaş

Türkiyənin məşhur aktrisası Perihan Savaş qatıldığı bir proqramda 1995-ci ildə dünyasını dəyişən həyat yoldaşı Yılmaz Zəfəri yad edib.

Aktrisa Perihan Savaş 1987-ci ildə həmkarı Yılmaz Zəfərlə ailə qurub və cütlüyün bu evlilikdən bir oğlu olub. Yılmaz Zəfər 1999-ci ildə bir il sürən beyin iflici xəstəliyindən sonra vəfat edib.

"Öncə infarkt, sonra beyin iflici keçirdi. Heç kimi xatırlamırdı. Ona qulluq edirdim. Mənə "abla" deyə müraciət edirdi, kim olduğumu unutmuşdu. İl yarım bu halda yaşadı, sonra vəfat etdi", - Perihan bildirib.

Qeyd edək ki, Perihan Savaşın ilk evliliyi müğənni İbrahim Tatlısəslə olub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью