“Ərimin mənə xəyanət etdiyi qadın hamilə idi” Sevda | Icma.az
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir. “Ərimin mənə xəyanət etdiyi qadın hamilə idi” - Sevda “Qadın kimi mən xoşbəxt olma
O mənə nəsib olmadı. Əvvəldən bu olmadı. Mənim ki, qətirmədi. Oğlum heç dünyaya gəlməmişdi. O yarı yolda idi.
Birinci həyat yoldaşımla ayrıldım. Mən bibim nəvəsi ilə ailə qurmuşdum.
Alınmadı, çox az müddətdən sonra biz ayrıldıq”.OLAY yazır ki, bu sözləri sözləri Əməkdar artist Sevda Əliqizı qonaq olduğu “Etiraf” verilişində deyib.İkinci dəfə musiqiçi ilə ailə qurduğunu söyləyən sənətçi bildirib ki, həyat yoldaşının xəyanəti ilə üzləşib:“İkinci dəfə ailə qurduğum şəxs sənət adamı idi.
Bizim evliliyimiz 13 il davam etdi. O insan mənə çox böyük bir xəyanət etdi. Orada da hər şeyə mən son qoydum.
Rəhmətlik Səməd Səmədovun istəyi ilə musiqi qrupuna getdim. Elə onunla da orada tanış oldum.
O həm də idman sahəsində “kinqboks” üzrə çalışırdı. Onu kimliyini çox yaxşı bilirlər. Onun adını açıqlamaq mənim özüm üçün xoş deyil.
Bilən bilir... O sonradan musiqini kənara qoyub idman sahəsinə getdi. Bir qədər sonra o mənə başqa bir qadınla xəyanət etdi.
Tam oxu
Xəbəri oxu