Ərindən borc istəyən qadın döyülüb

03.09.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib.

Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib.

Bir neçə gün əvvəl O.Səfərov evə gələndə həyat yoldaşı ondan borc istəyib. Bildirib ki, qardaşına pul lazımdır və qısa müddətdə qaytaracaq. Orxan bu məsələdən əsəbiləşib və cütlük arasında mübahisə yaranıb, kişi arvadını döyüb.

Hadisə yerinə polis əməkdaşları gəlib və Orxan saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, iş Biləsuvar Rayon Məhkəməsinə göndərilib. Məhkəmə cütlük arasında barışıq elan edib və cinayət işinə xitam verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью