Ərini bıçaqlamaqda şübhəli bilinən qadın tutulub

16.12.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb. DİN-in Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью