Ərini və azyaşlı oğlunu oteldə öldürdü

14.10.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Pensilvaniya ştatında 40 yaşlı qadın ərini və üç yaşlı oğlunu bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dəhşətli hadisə otel otağında qeydə alınıb.

İlkin məlumatlara görə, qadın hadisədən sonra özü təcili yardım xidmətinə zəng edərək kömək istəyib.

Hadisə yerinə gələn polis və təcili yardım əməkdaşları otel otağında iki nəfərin meyitini aşkar ediblər.

Qadın baş verənlərlə bağlı verdiyi açıqlamada bunları deyib:

“Mən hər şeyi məhv etdim, hər şeyi korladım. Mənə sadəcə enerji və güc lazım idi”.

Şübhəli şəxs həmçinin yaxşı ana və həyat yoldaşı olmağa çalışdığını, lakin hadisələrin belə faciəvi sonluqla nəticələnəcəyini düşünmədiyini bildirib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini və başvermə şəraitini araşdırırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью