Ərinin məşuqəsini küçənin ortasında döyüb...

25.11.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Çində baş verən hadisədə evli kişi ilə münasibətdə olduğu iddia edilən gənc qadın küçənin ortasında zorakılığa məruz qalıb. Belə ki, aldadılan arvad və onun iki dostu gənc qadını soyaraq, döyərək camaatın gözü qarşısında alçaldıblar.

News24.az xəbər verir ki, qəzəbli arvad gənc qadını təpikləyib, döyüb və onu əri ilə münasibətdə olmaqda ittiham edib.

Zərərçəkmiş qadın ancaq sinəsini örtməyə və davamlı zərbələrdən qorunmağa çalışıb. Gənc qurban üç nəfərə qarşı müdafiəsiz qalıb və bir anda saçından tutaraq sərt yerə sürüklənib.

Nəhayət ətrafdakı vətəndaşlar işə qarışaraq qadınlara dayanmaları barədə xəbərdarlıq ediblər.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью