Ərinin videosuna görə istefa ərizəsi yazan qadın işdən çıxarıldı

04.02.2026

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova işdən kənarlaşdırılıb.

"Unikal" xəbər verir ki, onun adı icra hakimiyyətinin aparatının strukturtundan çıxarılıb.

Qeyd edək ki, G.Eyvazova bir müddət əvvəl həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

İcra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləmişdi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью