Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması və saxlanılması ilə bağlı xərclər Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin büdcədənkənar gəlirləri hesabına həyata keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə"də öz əksini tapıb.
Sənədə əsasən, ERİS Prezidentin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın qeyd edilən prinsiplər əsasında formalaşdırılacaq və fəaliyyət göstərəcək.
Bundan başqa, bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq ediləcək.