Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

19.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 19 sentyabr, AZƏRTAC

ABŞ 2021-ci ildə Eritreyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatmamaq qərarına gəlib. Sanksiyalar Efiopiya ilə sərhəddə yerləşən və Qırmızı dənizə çıxışı olan Eritreyanın ordusuna qarşı yönəlmişdi.

AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, ABŞ 2021-ci ilin sonunda Eritreyada hakim partiyaya və ölkənin silahlı qüvvələrinə qarşı sanksiyalar tətbiq etmişdi.

Eritreya hərbçiləri Efiopiyanın şimalındakı Tiqray bölgəsində 2020-2022-ci illərdə davam edən münaqişə zamanı insan hüquqlarının pozulmasında ittiham olunurdu.

Sanksiyalar hər il “milli fövqəladə vəziyyət” rejiminin müddətinin uzadılması çərçivəsində yenilənirdi. Lakin ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, sözügedən fövqəladə vəziyyət rejiminin qüvvədə olma müddəti başa çatıb. Bununla da Eritreyaya qarşı tətbiq olunan sanksiyalar faktiki olaraq aradan qalxıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью