Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban Bayramı bu il də dünyanın müxtəlif ölkələrində maraqla ilə qarşılanır.
Sfera.az xəbər verir ki, bayram münasibətilə milyonlarla müsəlman qurban kəsərək dini və sosial borclarını yerinə yetirir.
Hər ölkədə bayramın qeyd olunma forması və kəsilən heyvanlar fərqli olsa da, ortaq məqsəd eynidir : paylaşmaq və yaxınlaşmaq.
Qurban Bayramı Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Hindistan, Banqladeş, İndoneziya, Misir, Nigeriya, Türkiyə, İran və Afrikanın bir çox ölkəsində rəsmi bayram kimi qeyd olunur.
Eyni zamanda Avropa və Amerika ölkələrində yaşayan müsəlman icmaları da bayramı dini qaydalar əsasında keçirirlər.
Banqladeşdə keçən il təxminən 10 milyon heyvan qurban kəsilib.
Statistikaya əsasən, bunların arasında 4,7 milyon inək, 5 milyon keçi, 471 min qoyun və 112 min camış yer alıb.