Erkən klimaks qadınların həyatını qısaldır

15.10.2026

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Holland alimləri erkən menopauza (klimaks) keçirən 300 mindən artıq qadının səhhətini araşdırdıqdan sonra belə qərara gəliblər ki, bu kateqoriya qadınlarda ürək xəstəlikləri daha tez-tez inkişaf edir və onlarda vaxtından əvvəl ölümün riski artmış olur.

Həmiçin bu qadınlarda şəkərli diabet və hipertoniya kimi xəstəliklərin inkişafının riski artır. Alimlər bunu qadınların orqanizmində baş verən hormonal dəyişikliklərlə əlaqələndirir.

Qadınlarda menopauza orta hesabla 51 yaşında başlayır və bu normal fizioloji hal sayılır. 45 yaşına qədər başlayan menopauza (klimaks) erkən sayılır.

Qadınlar bilməlidir ki, bir çox hallarda düzgün seçilmiş müalicə erkən menopauzanı dayandıra bilər. Bu səbəbdən erkən menopauzanın ilk simptomlarında qadın dərhal ginekoloqa müraciət etməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью