Erkən nikah: vaxtsız qərarlar, yarımçıq həyatlar

22.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Erkən nikah bir çoxları üçün sadəcə ailənin şəxsi qərarı kimi görünə bilər. Lakin bu qərarın kökündə bəzən qırılmış xəyallar, yarımçıq qalan təhsillər, susdurulmuş uşaqlar və sona çatmayan həyat hekayələri dayanır. Bir neçə gün əvvəl Sabirabadda 16 yaşlı Nuranə Ələkbərovanın bıçaqlanaraq qətlə yetirilməsi bu acı reallığın daha bir nümunəsidir. Qanunvericiliyə əsasən, ölkəmizdə nikah yaşı 18-dir. Buna baxmayaraq, bəzi bölgələrdə, xüsusilə kənd və ucqar ərazilərdə erkən nikah halları hələ də qalmaqdadır.

Daha ətraflı AZƏRTAC-ın videomaterialında izləyə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью