Erkən nikahlar ailə institutuna zərbədir Nigar Məmmədova | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Erkən nikahların qarşısını alınmasına yalnız uşaqlar, şagirdlər deyil, müəllimlər, din xadiml
Bu da ölkəmizdə erkən nikahların qarşısının alınmasına əlavə töhfədir”.
Milli Məclisin deputatı Nigar Məmmədova Modern.az-a həmin sənədə münasibət bildirərkən belə deyib.
O, bildirib ki, ölkəmizdə nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir.
Bu sahədə təkmil hüquqi və qanunvericilik bazası formalaşıb:“Bu istiqamətdə icra olunan dövlət proqramlarını, intensiv maarifləndimə işlərini xüsusi qeyd etməliyik.
Erkən nikahlar insan hüquq və azadlıqlarının təmin edilməsinə, cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur.
Onların hərəkətverici motivi və səbəbi qızların gələcək sosial rolunun əhəmiyyətini dərk etməmək və təhsillin məhdudlaşmasıdır.
Bu, birbaşa ailə və nikah institutunu zəiflədir”.N.Məmmədovanın sözlərinə görə, erkən nikah fərdlərə, onların uşaqlarına, bütövlükdə cəmiyyətə mənfi təsir göstərir:“Xüsusilə erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən, inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər.
Tam oxu
Xəbəri oxu