Erkən nikahlar ailənin təməlini dağıdır | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması XXI əsrdə qız uşaqları hələ də təhsildən məhrum edilirMövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdırBaş verən hadisələr göstərir ki, erkən nikah mövzusu hələ də gündəmin ən aktual sosial problemlərindən biri olaraq qalmaqdadır.
Bu məsələ təkcə ailələrin şəxsi seçimi kimi qəbul edilə bilməz, çünki burada söhbət azyaşlıların hüquqlarının pozulmasından, onların sağlam gələcəyinə ciddi təhlükələrin yaranmasından gedir.
Erkən evlilik, ilk növbədə, qızların təhsil imkanlarını məhdudlaşdırır, onları yarımçıq qalmış bir həyat hekayəsinə məhkum edir.
Cəmiyyətin inkişafı savadlı, sağlam, müstəqil qərar verə bilən gənclərə bağlı olduğu halda, azyaşlıların ailə həyatına sürüklənməsi gələcək üçün mənfi nəticələr doğurur.Məsələ yalnız fərdi həyat taleləri ilə məhdudlaşmır.
Erkən nikahların nəticəsində formalaşan sosial problemlər, qeyri-sabit ailələr, erkən boşanmalar, sağlamlıqla bağlı ağır fəsadlar, uşaq hüquqlarının pozulması, bütövlükdə dövlətin sosial yükünü artırır.
Digər tərəfdən, bu hallara göz yumulması cəmiyyətin mənəvi dəyərlərinə də ziddir.
Çünki azyaşlı qızların uşaqlığını əlindən almaq, onları vaxtsız həyat məsuliyyətinə məcbur etmək heç bir ənənə və ya bəhanə ilə izah oluna bilməz.Bu baxımdan, dövlətin son illərdə atdığı addımlar - qanunvericilikdə dəyişikliklər, valideynlərin və erkən nikaha şərait yaradan obyektlərin məsuliyyətə cəlb edilməsi mühüm əhəmiyyət daşıyır.
Tam oxu
Xəbəri oxu