Erkən nikahlarla bağlı mühüm problemi aradan qaldırmışıq

12.12.2024

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq, artıq heç bir istisna, güzəşt yoxdur. SİA xəbər verir ki, bunu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda evlilik yaşı 18-dir, bundan daha tez evlilik hallarının baş verməməsi üçün müəyyən tədbirlər görülür: "Bununla bağlı müvafiq qurumlarla birgə fəaliyyət göstəririk. Biz də ümid edirik ki, insanlar zamanla qanunun bu sahə üzrə tələblərini rəhbər tutaraq addım atacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью