Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin Siçuan Universitetinin alimləri belə nəticəyə gəliblər ki, yaşlı insanlarda dişlərin tökülmə sürəti erkən ölüm riskini göstərə bilər.
Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "BMC Geriatrics" jurnalında dərc olunub. Tədqiqatda 8 073 yaşlı insan iştirak edib.
Nəzarət altında olan şəxslərin sağlamlıq vəziyyəti orta hesabla 3.5 il müddətində müşahidə olunub.
Təhlil göstərib ki, insanın dişləri nə qədər tez tökülürsə, ölüm ehtimalı bir o qədər yüksəkdir.
Bu əlaqə yaş, cins, təhsil, fiziki aktivlik, siqaret və alkoqol istifadəsi kimi müxtəlif amillər nəzərə alınandan sonra da qorunub saxlanılıb.
Müəlliflər vurğulayırlar ki, dişlərin düşməsinin özü ölümün səbəbi deyil.
Lakin o, orqanizmdə xroniki iltihab, ürək-damar xəstəlikləri və ya metabolik pozğunluqlar kimi gizli problemlərin əlaməti ola bilər.