Erkən yaşda demensiyanın ƏLAMƏTLƏRİ

18.11.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ sakini Steysi Marklin 45 yaşında demensiya diaqnozu alıb.

Redaktor.az xəbər verir ki, o, xəstəliyin ilk simptomları barədə "Daily Mirror" nəşrinə danışıb.

Qadının sözlərinə görə, bir neçə il əvvəl sözləri qarışdırmağa və ən sadə şeyləri unutmağa başlayıb, lakin həmin vaxt hamilə olduğundan bunu diqqətsizliklə əlaqələndirib.

“Pərdəyə xalça deyə bilərdim və ya hansısa əşyanın adını unudardım, amma buna fikir vermirdim”, - deyə o xatırlayır.

Lakin oğlu dünyaya gəldikdən sonra qadının yaddaşı yaxşılaşmayıb. İki il sonra Steysi özü onda Altsheymer xəstəliyinin ola biləcəyindən şübhələnib. Müraciət etdiyi həkim isə yaşının bu xəstəlik üçün çox gənc olduğunu deyərək bunun az ehtimallı olduğunu bildirib.

Marklin deyib ki, həmin dövrdə yaddaş problemləri daha da dərinləşib və artıq işinə təsir etməyə başlayıb. Onun sözlərinə görə, bəzən heç nəyi xatırlaya bilmirdi, bir dəfə isə iş yoldaşını belə unudub: “Bir neçə gün sonra yadına düşdü ki, onunla çox yaxın əməkdaşlıq etmişik”.

Bundan sonra qadın tam tibbi müayinədən keçməyə qərar verib. PET-KT nəticəsində onda erkən demensiya aşkarlanıb. Hazırda Steysi xəstəliyin inkişafını ləngidən iynələr qəbul edir.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью