Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son elmi araşdırmalar erkən yaşda saç ağarmasının təkcə genetik və ya streslə bağlı olmadığını göstərir. Tədqiqat nəticələrinə görə, orqanizmdə mis (bakır) mineralının azlığı saç köklərində melanin istehsalının dayanmasına səbəb olur və bu da saçların vaxtından əvvəl ağarması ilə nəticələnir.
Demokrat.az xəbər verir ki, saç rəngini formalaşdıran melanin maddəsi “tirozinaz” fermentinin fəaliyyəti nəticəsində yaranır. Laborator müşahidələr göstərir ki, tirozinaz fermenti yalnız misin kifayət qədər olduğu şəraitdə aktiv işləyə bilir. Mis səviyyəsi azaldıqda fermentin fəaliyyəti zəifləyir, melanin sintezi dayanır və saç teli piqmentsiz şəkildə uzanır.
Araşdırmalarda qeyd olunur ki, müasir qidalanma modellərində mislə zəngin məhsulların istehlakı getdikcə azalır. Bu da xüsusilə gənc yaşlarda saç ağarmasının daha tez-tez müşahidə olunmasına səbəb olur. Mis çatışmazlığı eyni zamanda saç liflərinin strukturunu zəiflədir, saçın elastikliyini azaldır və qırılma riskini artırır.
Elmi məlumatlara əsasən, kaju qozu, mal və toyuq qaraciyəri, dəniz məhsulları və şəkərsiz tünd şokolad mis tərkibi baxımından ən zəngin qidalar sırasında yer alır. Günlük mis ehtiyacının uzun müddət qarşılanmaması saç köklərində piqment istehsalının bərpasını çətinləşdirir.
Tədqiqatlarda saç ağarmasını sürətləndirən digər biokimyəvi faktor da müəyyən edilib. Belə ki, saç köklərində hidrogen peroksit maddəsinin yığılması saç telini daxildən ağardır. Normal şəraitdə bu maddə parçalanır, lakin antioksidant çatışmazlığı və uzunmüddətli oksidativ stress zamanı peroksitin miqdarı artır.
Araşdırma nəticələri göstərir ki, E vitamini və digər antioksidantların kifayət qədər qəbulu hidrogen peroksitin parçalanmasına kömək edir və saçın təbii rənginin daha uzun müddət qorunmasına şərait yaradır.
Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, saç rəngini formalaşdıran melanin maddəsi “tirozinaz” fermentinin fəaliyyəti nəticəsində yaranır. Laborator müşahidələr göstərir ki, tirozinaz fermenti yalnız misin kifayət qədər olduğu şəraitdə aktiv işləyə bilir. Mis səviyyəsi azaldıqda fermentin fəaliyyəti zəifləyir, melanin sintezi dayanır və saç teli piqmentsiz şəkildə uzanır.