sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland komandası Premyer Liqadan kənarlaşdırılsa belə, klubu öz istəyi ilə tərk edə bilməz. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı norveçli forvardın müqaviləsində "Mançester Siti"nin Premyer Liqadan uzaqlaşdırlacağı halda sazişi birtərəfli qaydada ləğv etməyə imkan verən bənd yoxdur. Bu isə o deməkdir ki, Haalandın gələcək taleyi ilə bağlı qərarlar yalnız klub rəhbərliyinin səlahiyyətində olacaq.
Daha əvvəl mətbuatda futbolçunun maliyyə pozuntuları səbəbindən Premyer Liqadakı yerini itirəcəyi təqdirdə komandanı tərk etmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı. Haalandın "şəhərlilər"lə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir.
Qeyd edək ki, hücumçu cari mövsümdə bütün turnirlərdə yeddi oyuna çıxıb və yeddi qol vurub.