sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real"ın prezidenti Florentino Peres norveçli hücumçu Erlinq Halandın artıq növbəti mövsümdə Madrid klubuna qoşulacağına getdikcə daha çox inanır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Nik Harris "X" sosial şəbəkə hesabında məlumat verib.
O, "Real"ın transfer siyasətinə cavabdehlik daşıyan rəsmisinə istinad edib. Bununla belə, hazırda "Real" ilə "Mançester Siti" arasında danışıqların aparıldığına dair heç bir rəsmi təsdiq yoxdur. Həmçinin futbolçunun özü ilə də əldə olunmuş hər hansı razılaşma mövcud deyil. Halandın "Real"a keçidi baş tutarsa, bu, Avropa futbolunda ən səs-küylü transferlərdən biri olacaq.
Norveçli futbolçunun gələcəyi ilə bağlı şayiələr "Mançester Siti"yə qarşı aparılan maliyyə araşdırmasının yaratdığı qeyri-müəyyənlik fonunda ortaya çıxıb. Harrisin sözlərinə görə, vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, İngiltərə klubunun bəzi oyunçularının nümayəndələri artıq onların komandanı "azad agent" qismində tərk etməsi imkanlarını nəzərdən keçirirlər. "Şəhərlilər" ciddi sanksiyalarla üzləşərlərsə, komandanın əsas oyunçularını düşərgədə saxlamaq çətin olacaq. Belə bir ssenari "Real"ın Halandı heyətinə qatması üçün zəmin yarada bilər.