Erlinq Holand soyadını dəyişdirdi | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holand Norveç millisindəki formasındakı soyadını dəyişdirməyə qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə Norveç yığmasının mətbuat xidməti məlumat yayıb.
Futbolçunun "9" nömrəli formada, "Braut Holand" soyadı ilə çıxış edəcəyi bildirilib.
25 yaşlı hücumçu əvvəllər meydana yalnız atasının soyadı ilə çıxırdısa, indi anası Qryu Marita Brautun da soyadını formasına əlavə edib.
Beləliklə, ön xətt oyunçusu Norveç millisində hər iki valideyninin soyadı altında meydana çıxacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu