Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mançester Siti”nin hücumçusu Erlinq Holand klub karyerasında 300-cü qoluna imza atıb.
Fanat.Az xəbər verir ki, norveçli futbolçu Premyer Liqanın son turunda “Koventri” ilə qarşılaşmada komandasının qələbə qolunu vuraraq bu göstəriciyə çatıb.
Holandın yubiley qolunda məhsuldar ötürməni “Çelsi”dən yeni transfer olunan Entso Fernandes edib.
Görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 2022-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.
Əlisahib İbrahimli