Erlinq Holanddan paylaşım: Geri dönəcəm FOTO

02.04.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Ötən həftə zədələnən "Mançester Siti"nin hücumçusu Erlinq Holand sosial şəbəkədə paylaşım edib.

İdman.biz xəbər verir ki, o, paylaşımında "Geri dönəcəm" yazıb.

Norveçli forvardın 5-7 həftə yaşıl sahələrdən uzaq qalacağı bildirilib. Holand İngiltərə kubokunun 1/4 finalında "Bornmut"la qarşılaşmada ayaq biləyindən zədələnib. Onun iyunun 15-də start götürəcək klublararası dünya çempionatına hazır olacağı gözlənilir.

Qeyd edək ki, Erlinq bu mövsümdə 40 oyunda qol vurub, 4 ötürmə verib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью