Erlinq Holann dünya çempionatları tarixinin rekordunu təkrarladı

06.07.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Norveç millisinin hücumçusu Erlinq Holann dünya çempionatları tarixinin rekordunu təkrarlayıb.

Moderator.az "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna DÇ-2026-nın 1/8 final mərhələsində Braziliya yığmasına qalib gəldikləri matçda (2:1) dubl etməklə nail olub.

Forvard debüt mundialında qollarının sayını 7-yə çatdırıb. 1974-cü ildə polşalı Qjeqoj Lyato ilk dəfə qatıldığı dünya çempionatında 7 dəfə fərqlənmişdi.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью