Erlinq Holann İtaliya ilə matçda tarixi nəticələrə imza atıb

17.11.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 noyabr, AZƏRTAC

Norveç millisinin hücumçusu Erlinq Holann ötən gecə dünya çempionatının seçmə mərhələsində İtaliyaya 4:1 hesabı ilə qalib gəldikləri matçda tarixi nəticələrə imza atıb.

AZƏRTAC xəbər verir ki, o, seçmə mərhələlərdə səfərdə İtaliyaya qarşı iki qol vuran ikinci oyunçu olub. Bundan əvvəl belə nəticəyə 2004-cü ildə Belarus seçməsinin futbolçusu Maksim Romaşenko nail olmuşdu.

Həmçinin, Holann Avropa yığmaları arasında komandası üçün 11 ardıcıl qarşılaşmada qol vuran ilk futbolçu adına sahib çıxıb. O, 1961–1962-ci illərdə malayziyalı Abdul Qani Minhat tərəfindən müəyyən edilmiş dünya rekordunu təkrarlayıb.

Qeyd edək ki, 8 oyunda 24 xal toplayan Norveç millisi 27 ildən sonra ilk dəfə mundialın final mərhələsinə vəsiqə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью