Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 13 sentyabr, AZƏRTAC
İngiltərə Premyer Liqasının IV turunda derbi oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted” doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə norveçli hücumçu Erlinq Holann vurub.
Hazırda “şəhərlilər” 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” isə 4 xalla on üçüncü yerdədir.