Erməni ailələr döyüşlərdə itən 429 nəfəri tapa bilmirlər

24.02.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Qurum dövlətin verdiyi rəsmi statistikaya deyil, mülki şəxslərin təqdim etdiyi məlumatlara əsaslanıb.
"Mənə oğlumun üç ayağını veriblər" - Erməni əsgər atası "Ailələrdən daxil olan müraciətlərə əsasən, 2020-2023-cü illərdə baş verən eskalasiya nəticəsində 429 nəfər hələ də itkin sayılır. Axtarış və şəxsiyyətin müəyyənləşdirilməsi prosesini asanlaşdırmaq üçün aidiyyatı strukturlarla əməkdaşlıqlarımızı davam etdiririk", - məlumatda bildirilir.
BQXK-nın Ermənistandakı nümayəndəliyi onu da qeyd edib ki, təkcə 2024-cü ildə 62 ailə 2020-2023-cü illərdə itkin düşmüş qohumlarının taleyini aydınlaşdırmaq üçün onlarla əlaqə saxlayıb.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda itkin düşən hərbçilərin yaxınları müxtəlif dövlət qurumları qarşısında uzun müddət etiraz aksiyaları keçiriblər. Baş nazir Nikol Paşinyan hərbçi ailələrini bir neçə dəfə qəbul etsə də, onun qeyri-müəyyən cavabları etirazçıları qane etməyib. Səhiyyə naziri hətta bəzi itkin sayılan döyüşçülərin qalıqlarının valideynlər tərəfindən qəbul edilmədiyini bəyan edib.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью