Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Erməni Apostol Kilsəsinin dəftərxana rəhbəri, arxiyepiskop Arşaq Xaçatryanın həbs qətimkan tədbiri daha iki ay müddətinə uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə din xadiminin vəkili Arsen Babayan bildirib.
Qeyd edək ki, Arşaq Xaçatryan 2018-ci ildə bir qrup şəxslə qabaqcadan əlbir olaraq qanunsuz yolla narkotik vasitələrin satışını təşkil etməkdə təqsirləndirilir.
Cinayətin kütləvi tədbirlərin keçirildiyi məkanda törədildiyi iddia olunur.
Xatırladaq ki, din xadimi 2025-ci ilin dekabr ayında saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.