Erməni batalyon komandiri Moskvada öldürülüb

03.02.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Donetsk Xalq Respublikasının” (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti və Ukraynada döyüşən “Arbat” (erməni batalyonu-red) batalyonunun yaradıcısı Armen Sarkisyan Moskvada yaşayış kompleksinin partladılması nəticəsində həlak olub. 

Missiya.Az xəbər verir ki, bu barədə Rusiyanın “Teleqram” kanalları məlumat yayıb.

Bidirilib ki, partlayış Moskvadakı "Alye Parusa" yaşayış kompleksində baş verib.

Qeyd olunub ki, Rusiya paytaxtının İstintaq Komitəsinin müstəntiqləri və kriminal ekspertləri əməliyyat xidmətləri ilə birlikdə hadisə yerinə baxış keçiriblər.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью