Erməni biznesmenin üzərindən odlu silahlar çıxdı

15.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda iş adamı Narek Nalbandyanın üzərində odlu silahlar aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Nalbandyana məxsus “Rənc Rover” və onu müşayiət edən “Mersedes G” markalı avtomobillər Patrul Xidmətinin xüsusi dayanacağına aparılıb.

Ermənistanın “Meqanyus” saytı yazıb ki, silahlar Nalbandyana Qarabağdakı terrorçu rəhbərlərdən biri tərəfindən hədiyyə olunub.

İş üzrə materiallar Ermənistan İstintaq Komitəsinə göndərilib.

Narek Nalbandyan və onu müşayiət edənlər buraxılıblar.

Qeyd edək ki, noyabrın 12-də Kotayk vilayətində Ermənistanın “88” supermarketlər şəbəkəsinin rəhbəri Narek Nalbandyan saxlanılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью