Erməni bloggerlər məsuliyyətdən azad edilib

27.10.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ermənistan məhkəməsi "İmnemnimi" verilişinin müəllifləri və aparıcıları olan müxalifətçi Vazgen Saqatelyan və Narek Samsonyana tətbiq edilmiş inzibati nəzarət tədbirinin ləğvi barədə qərar qəbul edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Saqatelyan Facebook sosial şəbəkə hesabında məlumat verib.
"Bizə tətbiq edilən inzibati nəzarət ləğv edildi; sabah İmnemnimiyə qayıdacağıq", - deyə o yazıb.
Qeyd edək ki, mövcud hökuməti və Baş nazir Nikol Paşinyanı sərt tənqid edən müxalifət nümayəndələri 13 noyabr 2025-ci ildə Ermənistan Parlamentinin spikeri Alen Simonyanın hüquq-mühafizə orqanlarına verdiyi şikayət əsasında saxlanılıblar. Məhkəmənin qərarı ilə onlar iki ay müddətinə həbs ediliblər, daha sonra bu müddət daha üç ay uzadılıb. 2026-cı il, martın 24-də ev dustaqlığı inzibati nəzarətlə əvəz edilib. İyunun 1-də məhkəmə Saqatelyanın məhkəməyəqədərki həbsini yumşaldıb və ev dustaqlığı inzibati nəzarətlə əvəz edilib.
Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью