Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistan vətəndaşı minaya düşüb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri yazıb.
Məlumatda Zəngəzur vilayətinin Xnatsax (Gorus rayolunu Xanazax kəndi-red.) icmasının sakini olan bir nəfər kənd çobanının keçmiş Ermənistan-Azərbaycan təmas xəttində minaya düşdüyü bildirilir.
Onun bəzi vaxtlarda sərhəddə döyüş vəzifəsini yerinə yetirdiyi qeyd edilir. Minanın partlaması nəticəsində çobanın həlak olması xəbəri yayılsa da, sonradan onun xəstəxanada olduğu və bir ayağının ambutasiya edildiyi bildirilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin