Erməni deputat Azərbaycan və Ermənistanı belə müqayisə etdi

07.08.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanın hərbi büdcəsi 2023-cü ildə 3,1 milyard dollar, 2024-cü ildə 3,7 milyard dollar və 2025-ci ildə 4,9 milyard dollar olub. Lakin builki büdcə 5,1 milyard dollardır”. 

“Cebheinfo.az” xəbər verir ki, "Güclü Ermənistan" müxalifət blokundan olan parlament üzvü Qarnik Davtyan bunu 7 avqustda Milli Məclisin iclasında müxalifətin vitse-spikeri seçilməsi ilə bağlı müzakirə zamanı deyib:

“Bu, o deməkdir ki, Azərbaycanın hərbi büdcəsi 2023-cü ildən 2026-cı ilə qədər təxminən ikiqat artıb”.

O, Ermənistan və Azərbaycanın hərbi büdcələrini müqayisə edib. Millət vəkilinin sözlərinə görə, Ermənistanın 2025-ci ildə hərbi büdcəsi cəmi 1,74 milyard dollar olub ki, bu da əvvəlki ilə nisbətən 20% artım deməkdir.

"Lakin 2026-cı il üçün hərbi büdcə nəinki artmayıb, əksinə, azalıb. Üstəlik, bu azalma təxminən 15% təşkil edir. Mənim üçün ən təəccüblü olan Ermənistan müdafiə nazirinin bu məsələ ilə bağlı şərhi olub. 

Siyasi düşüncə tərzimizin necə inkişaf etdiyinə həmişə təəccüblənirəm. O, heç vaxt Azərbaycanın yaratdığı təhdidləri nəzərə almır. Məsələn, niyə Azərbaycan eyni sülh məntiqi ilə Ermənistanın xoşməramlılığını nəzərə almayıb və hərbi büdcəsini azaltmadı?”, - deyə müxalifətçi bildirib.

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью