Erməni deputat: Başkənd Azərbaycana, 3 anklav isə Ermənistana

15.10.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Taquhi Kazaryan: "Bizim mövqeyimiz belədir: bu, ən təsirli, ən dinc, sakit və risksiz seçimdir"

“Bizim mövqeyimiz budur ki, ərazi bütövlüyümüz və Azərbaycanın ərazi bütövlüyü eyni dərəcədə qorunmalıdır - santimetrə qədər, millimetrə qədər. Lakin həyati əhəmiyyətli infrastruktur səbəbindən müəyyən dəyişikliklərin mümkün olduğu sahələr ola bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasından olan deputatı Taquhi Kazaryan erməni "Factor” TV-yə verdiyi müsahibədə deyib.

O, Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası prosesinə, anklavların/eksklavların mümkün mübadiləsinə, bu məsələ ilə bağlı referendumun keçirilməsi ehtimalına toxunub.

Anklavlar və eksklavlar məsələsinə gəldikdə, Kazaryan qeyd edib ki, “bir neçə nəzəri variant həmişə mövcud olub, lakin Ermənistan Baş nazirinin səsləndirdiyi mübadilə variantı ən məqbuldur”.

"Bir variant həmişə nəzəri olub: hər iki tərəfin ərazilərini SSRİ dövründə olduğu kimi qorumaq. Digəri isə müvafiq ərazilərlə mübadilə aparmaqdır. Baş nazirin bəyanatında üçüncü variantdan bəhs olunur və deyərdim ki, bizim mövqeyimiz belədir: bu, ən təsirli, ən dinc, sakit və risksiz seçimdir: Azərbaycan üçün Başkənd, Ermənistan üçün üç anklav", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklav və eksklav məsələsinin ərazi mübadilə yolu ilə həll oluna biləcəyini deyib. O, bu dinc vizyonun mümkünlüyü barədə təəssüratını Türkmənistanda Azərbaycan lideri İlham Əliyevlə söhbətlərindən aldığını iddia edib.

"Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır; yəni iki ölkə müvafiq, dəqiq ölçülərdə ərazilər mübadilə etməlidir", - deyə Kazaryan bildirib.

Ərazi mübadiləsinin konstitusiya referendumunu tələb edib-etməyəcəyinə gəlincə, hakim partiyanın deputatı iki hüquqi şərhin olduğunu, lakin lazım gələrsə, hökumətin bu addımı atacağını qeyd edib: "Hazırda bu məsələ ilə bağlı düzgün açıqlama verdiyimə əmin deyiləm. Deyirəm ki, hər iki variant mövcuddur və xalqın bu seçimə razılaşması üçün referendumun keçirilməsinin zəruri olma ehtimalı var. Siyasi rəhbərlik qarşılıqlı razılığa gəlib və belə bir ehtiyac yaranarsa, əlbəttə ki, bu, referendum yolu ilə baş verəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью