Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını tamamilə dondurub və artıq onunla praktiki münasibətlər saxlamır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” Partiyasından olan parlament üzvü Artur Ovannisyan deyib.
Artur Ovannisyan şərhində KTMT ilə əməkdaşlıq perspektivlərini qiymətləndirib, ölkənin təhlükəsizliyinin təmini ilə bağlı hakimiyyətin mövqeyini izah edib.
Onun sözlərinə görə, üzvlüyün dondurulması qərarı KTMT-nin Ermənistan qarşısındakı öhdəliklərini yerinə yetirməməsi və əslində Ermənistanın təşkilata qoşulanda olan dövlət sərhədlərini tanımaması ilə bağlıdır.
"Qərarımızla bağlı KTMT-dən qənaətbəxş mövqe almamışıq. Əslində, üzvlüyü dondurduq, çünki təşkilat suveren ərazisinə hücum baş verdikdə Ermənistan Respublikası qarşısındakı öhdəliklərini yerinə yetirməyib. Mənim fikrimcə, biz bu məsələdə müəyyən dərəcədə geri dönüş nöqtəsini keçmişik", - deyə o vurğulayıb.
Ovannisyan qeyd edib ki, İrəvan KTMT daxilində qərarlara və ya müzakirələrə rəsmi cavab verəcək: “Lakin bu mərhələdə təşkilat Ermənistanın təhlükəsizliyinin qarantı kimi çıxış etmir”.
Alternativ hərbi-siyasi ittifaqlara gəldikdə, Artur Ovannisyan qeyd edib ki, ölkə öz müdafiə qabiliyyətinə və beynəlxalq əlaqələrinin şaxələndirilməsinə güvənir:
"Hazırda heç bir başqa bloka qoşulmağı müzakirə etmirik və heç vaxt müzakirə etməmişik. Ermənistan öz hərbi sənayesinin inkişafı və müdafiə qabiliyyətini gücləndirmək üçün əlindən gələni edir.
Biz öz güclü tərəflərimizə və müxtəlif ölkələrlə strateji tərəfdaşlıq müqavilələrinə güvənirik. Məqsədimiz asılı olmamaq üçün iqtisadi, siyasi və hərbi sahələrdə çoxvektorlu münasibətlər qurmaqdır".
Xəzər
“Cebheinfo.az
Açar sözlər: Artur Ovannisyan KTMT
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin