Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Armen Xaçatryan bildirib ki, Ermənistanın Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasına ehtiyacı yoxdur.
“Amma Rusiya tərəfinin buna ehtiyacı varsa, bu, müzakirə ediləcək məsələdir, problem deyil”.
“Cebheinfo.az”-ın məlumatına görə, Xaçatryan belə deyib.
Hakim partiyadan olan parlament üzvünün sözlərinə görə, Rusiya hərbi bazası Ermənistanı heç vaxt qorumayıb. “O, bizi nə vaxt qorudu ki, indi biz müdafiəsiz qalaq?”- deyə deputat qeyd edib.
Xaçatryan əlavə edib ki, Rusiya hərbi bazasının olub-olmaması Ermənistan üçün vacib deyil.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin