Erməni deputatdan başıpozuq çağırış

30.04.2025

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Deputat Artur Xaçatryan deyib ki, o və tərəfdarları bundan sonra da Azərbaycan və Türkiyə Bayraqlarını yandırmağa davam edəcəklər.

Tribunainfo.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında deyib.
Xaçatryan iddia edib ki, bu aksiyalarına görə indiyə qədər nə Azərbaycan, nə də Türkiyə onlara təzyiq edə bilməyib: “İllərdir, biz bayraqları yandırmışıq, onları yandırmağa davam edəcəyik. İllərdir Türkiyə və Azərbaycan gileylənib. Lakin heç bir şəkildə Ermənistan və Qarabağı təhdid etmək riskini etməyiblər”.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın bununla bağlı yanaşması “qüsurludur”. “Paşinyan azərbaycanlıların bütün tələblərinə boyun əydi. Bu, mərdlik əlamətidir?”

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью