Erməni deputatdan etiraf: “Konstitusiyada Azərbaycana torpaq iddiası var”

02.09.2025

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan dünən maraqlı açıqlama verib.

Tribunainfo.az xəbər verir ki, o, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu etiraf edib.

Hakim “Mülki Müqavilə” Partiyasını təmsil edən Melkonyan deyib: “Azərbaycanla heç bir ərazi iddiamız yoxdur deyirik. Amma Konstitusiyamızda ərazi iddialarımız var. Bəs, o məsələyə necə baxaq? Konstitusiyanı reallığa uyğun mətnə ​​gətirməliyik, yoxsa yox?”

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью