Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Demarkasiya nəticəsində bəzi kəndlərimizin əraziləri tam dəqiqləşəcək.
Biz torpağımızın bir santimetrini belə verməyəcəyik. Dəhlizə gəlincə, sizi inandırıram, deyilənlər kimi olmayacaq”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni deputat, tarixçi Marina Qazaryan deyib.
O qeyd edib ki, erməni mediası və bəzi siyasətçilərin “Azərbaycan müharibəyə hazırlaşır” təbliğatı əhalini ciddi şəkildə qorxudur.
“Onlar özləri də bilirlər ki, müharibə olmayacaq. Lakin bu yöndə israrla təbliğat aparıb, insanları qorxutmağa çalışırlar”.
Qazaryan həmçinin maraqlı bir etiraf da edib. O deyib ki, Ermənistan Qarabağı itirməyib.
“2018-ci ildə mən də Qarabağın Ermənistan olduğuna inanırdım.
Amma hadisələri öyrənməyə başlayanda başa düşürsən ki, 2010-cu ildə Qarabağ bizim olmayıb.