Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: “Paşinyan bu kəndi…” KONKRET

08.09.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Armeniya” blokunun deputatı Aqnesa Xamoyan yaxın aylarda və il ərzində Ermənistanda və onun ətrafında ciddi siyasi proseslərin gözlənildiyini bildirib. Sentyabrın 8-də keçirilən mətbuat konfransında o, daxili və xarici siyasətlə bağlı sərt açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsinin Aİ ilə vizasız rejimin 2029-cu ilə qədər ehtimalının az olması ilə bağlı bəyanatını şərh edən Xamoyan, hökumətin bu tarixlə bağlı vədlərini “yalan” adlandırıb. O, Ermənistanın yaxın 10-20 ildə Aİ üzvü olmayacağını vurğulayıb.

Deputat hesab edir ki, yeni Konstitusiyanın qəbulu və Nikol Paşinyanın seçkilərdən sonra Kərki toponimini azərbaycanlılara məxsus ad kimi qəbul etməsi fonunda yaxın 2-3 ay ərzində ciddi dəyişikliklər baş verəcək.

Xamoyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində və Aİİ daxilində vəziyyət uzun müddət belə davam edə bilməz. O qeyd edib ki, Paşinyan KTMT-də olduğu kimi, Aİİ məsələsində də vaxt uzatmağa və qeyri-müəyyənlik yaratmağa çalışır.

Hakimiyyətin siyasətinə qarşı çıxacağını bəyan edən deputat, ikinci prezident Robert Köçəryanın həbsdə olmasına baxmayaraq müqavimətə rəhbərlik edəcəyini vurğulayıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью