Erməni deputatlar əlbəyaxa oldu VİDEO

22.04.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan parlamentində iqtidar və müxalifət deputatları arasında dava düşüb.

Globalinfo.az xəbər verir ki, müxalif “Hayastan” fraksiyasının üzvü Qeqam Manukyanla hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Vahe Qalumyan arasında əlbəyaxa dava olub.

Məlumata görə, mübahisəyə səbəb “erməni soyqırımı” məsələsi ilə bağlı olub.

Parlamentin spikeri Alen Simonyan tərəfləri sakitləşməyə çağırıb və iclasda fasilə elan edib.

Qeyd edək ki, ötən gün də Qeqam Manukyanla Alen Simonyan arasında mübahisə yaranmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью