Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan parlamentinin bir sıra deputatları Türkiyəyə səfər edəcəklər.
Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyan, Milli Assambleyanın deputatları Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan, eləcə də Xarici İşlər Nazirliyinin Beynəlxalq İşlər üzrə Departamentinin rəhbəri Mariam Hacı-Akobyan ATƏT-in Parlament Assambleyasının Payız sessiyasının işində iştirak etmək üçün noyabrın 16-20-də İstanbula ezam olunacaq.
Daşqın Həsənov
Missiya.Az