Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Siyasi mübarizə qanunun yol verdiyi formada, etik prinsiplər çərçivəsində aparılmalıdır. Söyüşün, təhqirin siyasi mübarizəyə gətirilməsi cılızlıq, zəiflik əlamətidir. Bu həm də cəmiyyətdə gərginlik yaratmağa hesablanmış bir addımdır".
Bunu Newscenter.az-a "Milli İnkişaf" ictimai bilriyinin sədri, politoloq Arzuman Muradlı deyib. O qeyd edib ki, bu kimi fəaliyyətlər milli mentalitetə, dəyərlərə də ziddir və birmənalı olaraq cəmiyyət tərəfindən qəbul olunmur:
"Lakin görünür həmin antimilli ünsürlərə tapşırıq bağlı olduqları dairələrdən, daha doğrusu erməni lobbisindən gəlib. Əks halda ötən həftə Vaşinqtonda baş verən məlum təxribat iştirakçılarını ilk dəstəkləyən Amerikadakı Erməni Milli Komitəsi (ANCA) olmazdı. Göründüyü kimi, söyüş şəbəkəsi erməni dəyirmanəna su tökür".
Arzuman Muradlı qeyd edib ki, burada əsas məqsəd Azərbaycan cəmiyyətində gərginlik yaratmaq, milli, dövlətçi insanlarla söyüş müxalifətini qarşı-qarşı qoyaraq ölkədəki ictimai-siyasi sabitliyi pozmaqdır:
"Təəssüflər olsun ki, həmin dairələr də Azərbaycan əleyhinə qurulmuş bu planın iştirakçısına çevrilirlər".
İctimai birlik sədrinin sözlərinə görə, istənilən halda Azərbaycanda hansısa formada gərginlik yaratmaq, yaxud ölkəmizin beynəlxalq aləmdəki imicinə zərbə vurmaq cəhdləri baş tutmayacaq.
Süleyman