Erməni dostlarımıza güvənirik: İrəvan bizi əmin edib ki... | Icma.az
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. Ermənistan müstəqil dövlətdir və İran hesab edir ki, İrəvanın xarici siyasətini şaxələndir
Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani İrəvanın Qərblə yaxınlaşmasına toxunaraq d
O bildirib ki, Tehran Ermənistanın Qərblə əlaqələrinin inkişaf etdirilməsi imkanını İrana qarşı bir addım hesab etmir: “Ermənistan sadəcə ol
Ermənistan müstəqil ölkədir. Biz ona deyə bilmərik: filan dövlətlə münasibət qurun, filan ölkə ilə münasibətlər qurmayın.
Biz sadəcə olaraq düşünürük ki, Ermənistanın xarici əlaqələrinin inkişafı İranla münasibətlərə də kömək edə bilər”.
Sübhani qeyd edib ki, bu yaxınlarda Ermənistanda Dünya Bankı və AB tərəfindən maliyyələşdirilən və İran şirkəti tərəfindən həyata keçirilən tullantıların təkrar emalı zavodunun açılış mərasimində iştirak edib: “Gözləyirik ki, Ermənistan İranla əlaqələri inkişaf etdirmək üçün Avropa və digər ölkələrlə yaxşı münasibətlərindən istifadə edəcək.
İrəvan bizi əmin edib ki, xarici əlaqələrin inkişafı İranla Ermənistan arasındakı münasibətlərə qarşı yönəlməyib.
Erməni dostlarımıza güvənirik, Ermənistan hökuməti İranla münasibətlərini çox incə saxlayır və qoruyur, çünki baş verənlər iki ölkənin və iki xalqın maraqlarına uyğundur.
Tam oxu
Xəbəri oxu