Erməni əsgər öldü: güllələnib, yoxsa asılıb?

22.07.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün meyiti tapılan Narek Torosyan adlı erməni əsgərlə bağlı bəzi versiyalar səsləndirilib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, onun ailənin yeganə oğul övladı olduğu (iki kiçik bacısı var), 6 ay öncə hərbi xidmətə çağırıldığı bildirilir.

Qonşuları isə deyib ki, Armavir təlim bölməsində xidmət edən əsgər öldürülüb – onun güllələndiyi və ya asıldığı iddia edilir.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi əsgərin ölüm səbəbi ilə bağlı heç bir açıqlama verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью