Erməni əsilli bacılar Bakıya gəldi: “Heç kim bizə 1 kəlmə də demədi" VİDEO

30.09.2026

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Sankt-Peterburqdan olan erməni əsilli Olqa Tamazyan 2026-cı ildə keçirilən Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün bacısı ilə birlikdə Bakıya gəlib.

"Bakupost" xəbər verir ki,o, səfəri barədə sosial şəbəkədə danışıb.

“Ən əsası, demək istəyirəm ki, buna lap əvvəldən maksimum hazırlaşmışdım. Bütün mümkün qurumlara yazmaq qərarına gəldim və hamısı mənə cavab verdi: “Əlbəttə, sizi gözləyirik, gəlin, heç bir problem yaranmamalıdır”, - deyə o bildirib.

O.Tamazyan həmçinin qeyd edib ki, onları əvvəlcədən valideynlərinin mənşəyi, qohumlarının yaşadığı yer və Qarabağla əlaqələrinin olub-olmaması ilə bağlı mümkün suallar barədə xəbərdar ediblər. Onun sözlərinə görə, onların belə bir əlaqəsi olmayıb.

Olqa Tamazyan vurğulayıb ki, Bakıda beş gün qaldıqları müddətdə erməni soyadına görə heç bir mənfi münasibətlə qarşılaşmayıblar.

“İndiyə qədər də başa düşmürəm ki, niyə insanlar bir-birinə qarşı nifrətin olduğu belə kəskin bir mövqe formalaşdırırlar. Biz ölkəyə gələndə beş gün qaldıq, hamı bizim erməni soyadımızın olduğunu açıq şəkildə görürdü. Həm oteldə, həm taksidə və s. Bir nəfər də bizə nəsə demədi".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью