Erməni futbolçu Qalatasaray da oynaya bilər

03.06.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qalatasaray" klubu "Krasnodar"ın futbolçusu Eduard Spertsyanı transfer etmək istəyir.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" komandadan ayrılan Dris Mertensin boşluğunu erməni pleymeyker ilə doldurmağı planlaşdırır. Oyunçu tərəfi razı salınarsa, bu keçid baş tutacaq.

Bu barədə "Qalatasaray"a yaxın jurnalistlərdən olan Arda Özkurt məlumat yayıb.

Spertsyan 2018-ci ildən "Krasnodar"ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə komandası ilə Rusiya çempionu olub.

24 yaşlı futbolçu Ermənistan yığmasında isə 32 oyuna çıxıb və 6 qol vurub.

Transfermarkt portalına görə onun dəyəri 20 milyon avrodur.  (Offsideplus.az)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью