Erməni general 44 günlük müharibəyə görə HƏBS EDİLDİ

04.01.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan ordusunun ehtiyatda olan generalı Tiran Xaçatryan saxlanılıb.

Modern.az-ın məlumatına görə, bu barədə onun vəkili Varazdat Arutyunyan "Sputnik"ə bildirib.

Ona qarşı 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittiham irəli sürülüb.

Generalın həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.

Qeyd edək ki, Xaçatryan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş müavinidir. O, 2020-ci il iyunun 15-dən 2021-ci il fevralın 24-dək bu vəzifədə işləyib.

O, bundan əvvəl qanunsuz silah gəzdirmə, xuliqanlıq və bədən xəsarəti yetirməkdə ittiham olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью