Icma.az bildirir, GlobalInfo portalına istinadən. “2020-ci il Qarabağ müharibəsi zamanı “artsax” ordusunun baş qərargah rəisi, general-mayor
Müxtəlif cinayət işləri çərçivəsində o dindirilib və həmin ifadələrdən bəzi detalları öyrənmək mümkün olub”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
KİV yazır ki, Kamo Vardanyan ordunun rəhbərliyinin əsas fiqurlarından biri olmalı və bütün bölmələrin işini koordinasiya etməli idi: “Lakin oktyabrın 7-də Cəbrayıl istiqamətində həyata keçirilmiş əks-hücum əməliyyatı nümunəsində göründüyü kimi, Vardanyan belə vacib əməliyyatlarda iştirak etməyib.
Kamo Vardanyan bu vəzifəni iki dövrdə icra edib: 2012–2017 və müharibə dövrü olan 2020–2021-ci illərdə.
Baş Qərargah rəisi olmasına baxmayaraq, K.Vardanyan etiraf edib ki, o, planlaşdırmaya rəhbərlik etməyib və məhdud iştirakla yalnız yerlərdə bəzi bölmələrin hərəkətinə nəzarət edib”.
Safura Bənnayeva Globalinfo.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.